13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Güləşçilərimiz kütləvi halda koronavirusa yoluxub - Yenilənib
Tarix: 22-11-2020 23:14 | Bölmə: İdman / Xəbərlər
Güləşçilərimiz kütləvi halda koronavirusa yoluxub

Sərbəst güləş üzrə Azərbaycan yığmasında COVİD-19 infeksiyasına 10-dan artıq yoluxma halı qeydə alınıb.

Reyting.az
-ın Virtualaz.org-a verdiyi məlumata görə, ölkənin həm aparıcı idmançıları, həm də məşqçi qərargahının nümayəndələri xəstələniblər.

Məlum olduğu kimi, Azərbaycanda qapalı məkanlarda idman yarışlarının və məşqlərin keçirilməsi qadağandır. Yalnız milli komandalara daxil olan idmançılar zallarda məşq edə bilərlər. Amma görünən odur ki, Azərbaycan Güləş Federasiyasında Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl olunmayıb. Güman edilir ki, güləşçilər və onların məşqçiləri yalnız milli komanda üzvlərinin deyil, həm də yığmaya daxil olmayan idmançıların buraxıldıqları məşqlər zamanı kütləvi şəkildə yoluxublar.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının nümayəndələri koronavirus testindən keçdikdən sonra vəziyyət daha da pisləşə bilər. Klassiklərin isə virusa qarşı sabah test ediləcəkləri gözlənilir.

Qeyd edək ki, qadın güləşi üzrə Azərbaycan yığmasının məşqçisi İsaməddin Hüseynov koronavirusun qurbanı olub. 46 yaşlı mütəxəssis bir neçə gün bundan əvvəl dünyasını dəyişib.

Onu da əlavə edək ki, Azərbaycan güləşçiləri dekabrın 12-dən 18-dək Belqradda keçiriləcək fərdi Dünya Kubokunda iştirak etməyi planlaşdırırdılar. Yığmamız bu yarışa hazırlaşsa da, indiki halda hazırlıq faktiki olaraq pozulub.

***

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyası sərbəst güləş üzrə Azərbaycan millisinin bir neçə üzvü koronavirusa yoluxması ilə bağlı məlumat yayıb.


Bildirilir ki, qurum pandemiyanın Azərbaycanda yayıldığı ilk günlərdən məsələyə həssas yanaşıb: “Məhz bu səbəbdən bir neçə ay yığma komandaların məşqlərinə ara verilib. Yalnız iyun ayından milli komandalar üçün məşq etməyə icazə verildikdən sonra hazırlıq prosesinə start verilib. Ancaq məşqlərdə əsas komandaya daxil olan güləşçilərin iştirakı nəzərdə tutulub. Bu da sırf dekabrda Serbiyada keçiriləcək fərdi Dünya Kuboku ilə bağlı keçirilən hazırlıq prosesindən ibarətdir. Güləşçilər və məşqçilər arasında koronavirusun yayılmaması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Olimpiya Güləş Mərkəzində giriş qapılarında dezinfeksiya məhlulları quraşdırılıb və güləşçilər arenaya daxil olarkən bundan istifadə edir. Eyni zamanda, hər məşqdən əvvəl bütün heyətin hərarəti bir-bir yoxlanılır və temperaturu yüksək olanlar məşqdə iştirak etmir. Mütəmadi olaraq güləşçilərdən və məşqçilərdən testlər götürülməklə yanaşı, federasiyanın təlim-məşq bazası, yataqxanası və ofisi dezinfeksiya olunur. Cümə günü növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb”.

Azərbaycan Güləş Federasiyası koronavirus pandemiyası ilə mübarizədə bütün profilaktik tədbirlər gördüyünü və bu məsələdə maksimum həssaslıq nümayiş etdirdiyini də açıqlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər