37 yaşlı futbolçu karyerasını başa vurub
Tarix: 30-11-2020 10:16 | Bölmə: İdman / Xəbərlər
37 yaşlı futbolçu karyerasını başa vurub

İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Qabi 37 yaşında futbolla vidalaşıb.

Son olaraq Qətərin "Əl-Sədd" komandasının formasını geyinən ispaniyalı yarımmüdafiəçinin "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin köməkçisi olacağı gözlənilir.

Qeyd edək ki, Qabi 2004-2007 və 2011-2018-ci illərdə "Atletiko"nun formasını geyinib. Madrid təmsilçisinin yetirməsi olan oyunçu İspaniya La Liqasının, ölkə kubokunun və iki dəfə Avropa Liqasının qalibi olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}