16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Qarabağ”- “Qəbələ” oyunu təxirə salınıb
Tarix: 05-12-2020 14:28 | Bölmə: İdman
“Qarabağ”- “Qəbələ” oyunu təxirə salınıb

Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ”- “Qəbələ” oyunu təxirə salınıb.

Reyting.az
-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası qərar verib.

“Qarabağ”ın heyətində 7 futbolçuda koronavirus testinin nəticəsi pozitiv olduğu üçün sabah keçirilməli olan görüş baş tutmayacaq. Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınıb. Bunadək digər üç matç – “Zirə” – “Sumqayıt”, “Neftçi” – “Sabah” və “Keşlə” – “Səbail” qarşılaşmaları da təxirə düşmüşdü.

Turun keçiriləcəyi tarixi Peşəkar Futbol Liqası müəyyənləşdirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}