12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Futbol üzrə ilk Avropa çempionatının qalibi vəfat edib
Tarix: 06-12-2020 08:42 | Bölmə: İdman / Xəbərlər
Futbol üzrə ilk Avropa çempionatının qalibi vəfat edib

Məşhur rus futbolçusu, SSRİ yığmasının hücumçusu olmuş Viktor Ponedelnik 84 yaşında vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Vesti.ru yayıb.

Ponedelnik dekabrın 5-də dünyasını dəyişib.

Viktor Ponedelnik 1960-cı ildə Fransada keçirilən futbol üzrə ilk Avropa çempionatının qalibidir. Çempionatın final oyununda sovet yığması Yuqoslaviya millisi ilə qarşılaşıb. Əlavə vaxtda həlledici qolu hücumçu Ponedenlik vurub, beləliklə, Yuqoslaviya millisini 2:1 hesabı ilə məğlub edən sovet yığması çempiona çevrilib.

O zaman yarışın ən yaxşı bombardiri adlandırılan Viktor Ponedelnik 1964-cü ilin Avropa çempionatında SSRİ futbol yığmasının hücumçusu kimi gümüş mükafat qazanıb.(Novator.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər