Samir Abasov: "Heç kimin oruc tutmasına qadağa qoymamışam"
Tarix: 15-04-2021 16:35 | Bölmə: İdman
Samir Abasov: "Heç kimin oruc tutmasına qadağa qoymamışam"

"Neftçi"də futbolçulara oruc tutmaq qadağası qoyulmayıb.

Bu barədə "Neftçi"nin baş məşqçisi Samir Abasov klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib.

43 yaşlı mütəxəssis belə bir ixtiyar sahibi olmadığını bildirib: "Oruc qadağası qoymaq nə dərəcədə düzgündür? Bunun üçün insan hansı gücə malik olmalıdır? Komandamızda yerlilərlə yanaşı, legionerlər də var ki, oruc tuturlar. Onlara qadağa qoymaq ixtiyarına malik deyiləm. Məşqləri axşam saatlarına salmışıq. Çalşırıq ki, onların işini asanlaşdıraq. Futbolçulara da demişik ki, kimsə məşqdə özünü pis hiss etsə, meydanı tərk edə bilər. Mən heç kimə qadağa qoya bilmərəm".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}