Rusiyadakı bütün yapon mərkəzləri bağlanacaq
Tarix: 10-09-2025 07:53 | Bölmə: Dünya
Rusiyadakı bütün yapon mərkəzləri bağlanacaq

Yaponiya hakimiyyəti Rusiyadakı bütün yapon mərkəzlərini bağlamaq qərarına gəlib.

Mərkəzlər Moskva, Nijni Novqorod, Sankt-Peterburq, Vladivostok, Xabarovsk və Yujno-Saxalinsk şəhərlərində yerləşir.

Qurumlar bazar iqtisadiyyatında islahatların dəstəklənməsi, həmçinin rusiyalı mütəxəssislərə yapon dili və biznes bacarıqlarının öyrədilməsi ilə məşğuldur.(Report)




Bölməyə aid digər xəbərlər