Von der Lyayen Aİ-dəki vəziyyətlə bağlı çıxış edəcək
Tarix: 10-09-2025 08:25 | Bölmə: Dünya
Von der Lyayen Aİ-dəki vəziyyətlə bağlı çıxış edəcək

Avropa Komissiyasının sədri Ursula Von der Lyayenin bu gün Avropa İttifaqında (Aİ) yaranmış vəziyyətlə bağlı, eləcə də illik hesabatla çıxışını edəcəyi gözlənilir.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, Ursula Von der Lyayenin çıxışının əsas məqamları artıq əvvəlcədən bəllidir. Onların arasında Rusiya ilə qarşı-qarşıya gəlməyə və Ukraynanı dəstəkləməyə, Aİ-nin militarizasiyasını sürətləndirilmiş rejimdə həyata keçirməyə çağırışlar yer alır.

ELÇİN




Bölməyə aid digər xəbərlər