UEFA rusiyalı referini futboldan kənarlaşdırıb
Tarix: 15-04-2021 18:34 | Bölmə: İdman
UEFA rusiyalı referini futboldan kənarlaşdırıb

UEFA Rusiyanın FIFA dərəcəli hakimi Sergey Lapoçkini cəzalandırıb.

Məlumata görə, 40 yaşlı referi 90 gün müddətinə futboldan kənarlaşdırılıb.

2018-ci ildə Avropa Liqasının II təsnifat mərhələsinin "Ventspils" (Latviya) - "Bordo" (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.

Nəticədə qitə futbol qurumu məsələ ilə bağlı araşdırmalara başlayıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}