"Neftçi"nin rəqibi oyuna ciddi itki ilə çıxacaq
Tarix: 15-04-2021 20:19 | Bölmə: İdman
"Neftçi"nin rəqibi oyuna ciddi itki ilə çıxacaq

Azərbaycan Premyer Liqasının 23-cü turunda "Neftçi"nin qonağı olacaq "Zirə" oyuna ciddi itki ilə çıxacaq.

Qol.az xəbər verir ki, komandanın kapitanı Ağabala Ramazanov bu görüşdə iştirak etməyəcək. O, sarı vərəqə limitini doldurduğundan cəzalıdır.

Qeyd edək ki, aprelin 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" oyunu saat 20:15-də başlayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}