21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Oyundan əvvəl futbolçuların spirtli içki qəbuluna icazə verilib
Tarix: 17-04-2021 10:22 | Bölmə: İdman
Oyundan əvvəl futbolçuların spirtli içki qəbuluna icazə verilib

“Çelsi”nin baş məşqçisi Tomas Tuhel İngiltərə kubokunun yarımfinalında “Mançester Siti” ilə matçdan əvvəl futbolçulara spirtli içki içməyə icazə verib.

Reyting.az
xəbər verir ki, bu barədə 47 yaşlı mütəxəssis Goal.com-a açıqlamasında danışıb. O, oyunçularının istirahət etməsi üçün belə bir addım atdığını deyib:

“Anlayırıq ki, mənəvi cəhətdən bərpa olunmaq lazımdır. Məsələn, gecəni Sevilyanın tanıdığımız otellərindən birində keçirdik. Çox gözəl yer idi. Çox isti olduğundan çöldə oturmaq üçün fürsətimiz də oldu. Sakitləşdirici bir an idi və sadəcə, bir-birimizin yanında olmağımızdan zövq alırdıq. Futbolçular istəsələr bir stəkan şərab və ya pivə də içə bilərdilər. Belə bir mühit yaratmaq və bu şəkildə təşkil etmək həqiqətən vacib idi. Bu, zehni bərpanın bir hissəsi idi”.

Qeyd edək ki, bu gün “Uembli” stadionunda keçiriləcək “Çelsi” – “Mançester Siti” qarşılaşması Bakı vaxtı ilə 20:30-da başlayacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər