Avropa Klublar Assosiasiyası qiyamçı Liqa ilə bağlı bəyanat yayıb
Tarix: 19-04-2021 10:23 | Bölmə: İdman
Avropa Klublar Assosiasiyası qiyamçı Liqa ilə bağlı bəyanat yayıb

Avropa Klublar Assosiasiyası (ECA) bəyanat yayıb.

Apasport-un məlumatına görə, qurum bir sıra klubların yaratdığı Superliqaya münasibət bildirib.

ECA yeni yaradılmaqda olan liqanı qiyama bənzədib: “Qiyamçı Liqanın yaradılması ilə bağlı məlumatlar fonunda 246 aparıcı klubu birləşdirən Avropa klublar Assosiasiyası olaraq UEFA ilə əməkdaşlığa sadiq qalacağımızı bəyan edirik. Biz ötən həftə İcraiyyə Komitəsinin iclasında qəbul olunan mövqeyimizə əsaslanırıq. Təşkilatımız UEFA ilə birlikdə klub turnirlərinin yeni formatı üzərində işləmək öhdəliyinin üzərində dayanacaq”.

Qeyd edək ki, ECA-ya “Yuventus”un prezidenti Andrea Anyelli başçılıq edir. O, həm də Superliqada vitse-prezident seçilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}