Makron PSJ-nin Superliqaya qatılmamasını dəstəkləyib
Tarix: 19-04-2021 11:35 | Bölmə: İdman
Makron PSJ-nin Superliqaya qatılmamasını dəstəkləyib

Fransa prezidenti Emanuel Makron ölkəsinin futbol klublarının yeni yaradılan Superliqaya qatılmaqdan imtinasına münasibət bildirib.

Məlumata görə, ölkə başçısı bu addımı dəstəkləyib.

Bu, prezidentin mətbuat xidmətinin yaydığı açıqlamada əksini tapıb: “Prezident birlik və idman prinsiplərini pozmağa təhlükə yaradan Superliqaya qatılmaqdan imtina edən Fransa klublarını dəstəkləyir. Hakimiyyət Fransa federasiyası, liqası, UEFA, FİFA-nın milli və qitə miqyaslı yarışların birliyini qorumaq istiqamətindəki bütün addımlarını dəstəkləyir”.

Qeyd edək ki, Avropanın 12 klubu yeni Superliqanın yaradıldığını açıqlayıb. Fransa və Almaniya klubları bu turnirə qatılmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}