07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
UEFA AVRO-2020-nin ev sahiblərinə yenidən vaxt verib
Tarix: 19-04-2021 15:55 | Bölmə: İdman
UEFA AVRO-2020-nin ev sahiblərinə yenidən vaxt verib

UEFA AVRO-2020-nin ev sahiblərinin təsdiqlənməsi ilə bağlı qərar tarixini yenidən artırıb.

“Marca” nəşrinin məlumatına görə, buna səbəb təşkilatçı şəhərlərdən 3-ü ilə danışıqların hələ yekunlaşmamasıdır.

Qurum bugünkü iclasından sonra təşkilatçı şəhərlərin tam tərkibini açıqlamağı planlaşdırırdı. Lakin Münhen, Bilbao və Dublinin hələ də azarkeşlərlə bağlı təminat verməməsi üzündən qitə futbol qurumunun prezidenti Aleksander Çeferin daha bir neçə gün prosesin davam etdirilməsini məqsədəuyğun bilib.

Qeyd edək ki, Bakı, Sankt-Peterburq, Budapeşt, Amsterdam, Buxarest, Kopenhagen, Qlazqo, London və Roma AVRO-2020 matçlarına azarkeşlərin buraxılmasına dair təminat verib/ApaSport




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}