21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
"Sabah"ın əcnəbi məşqçisi "Neftçi" ilə oyunda təhqiredici hərəkət edib
Tarix: 26-04-2021 17:50 | Bölmə: İdman
"Sabah"ın əcnəbi məşqçisi "Neftçi" ilə oyunda təhqiredici hərəkət edib

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilmiş "Sabah" - "Neftçi" matçının protokolunu yeniləyib.

Yekun protokola əsasən, görüşdə futbolçulara 16, məşqçilərə 3 sarı vərəqə göstərilib.

"Sabah"ın 3 üzvü - Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə və Filip İvanoviç matç ərzində ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Hər iki komandanın baş məşqçiləri də oyundan sonra sarı vərəqə ilə cəzalandırılıb. "Neftçi"dən Samir Abasov, meydan sahiblərindən isə Ramil Quliyev qeyri-idman hərəkətinə görə cəza alıb.

"Sabah"ın məşqçisi Miloş Jevtic isə qarşılaşmanın ardından təhqiredici jest edib. Sloveniyalı mütəxəssisin bu səbəbdən ağır cəza alacağı gözlənilir. O, görüşdə ikinci "sarı"nın ardından qırmızı vərəqə alan 4-cü şəxs olub. Yevtiç ilk "sarı"nı 89-cu dəqiqədə baş hakimə etiraz etdiyi üçün alıb.

Görüşdən sonra futbolçulardan yalnız "Neftçi"də çıxış edən Sabir Buqrin aktivinə sarı vərəqə yazılıb. O, hakimin qərarına etiraz etdiyi üçün cəza ilə üzləşib. Buqrin mövsümdə 4-cü vərəqəni aldığı üçün növbəti tur "Keşlə" ilə səfər oyununu buraxmalı olacaq.

Görüşdə ümumilikdə 23 dəfə vərəqə göstərilib/Report.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. AFFA oyunun hakimləri ilə bağlı araşdırma aparılacağını açıqlayıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər