Dünya çempionatı: boksçu aldığı zərbədən ölüb
Tarix: 27-04-2021 17:34 | Bölmə: İdman
Dünya çempionatı: boksçu aldığı zərbədən ölüb

İordaniyalı boksçu Raşed əl-Svaisat Polşanın Kelts şəhərində gənclər arasında keçirilmiş dünya çempionatında aldığı zərbədən dünyasını dəyişib.

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının məlumatına görə, 19 yaşlı idmançı aprelin 16-da 81 kq çəki dərəcəsində estoniyalı Anton Vinoqradovla üçüncü raund qarşılaşmasında öldürücü zərbəyə məruz qalıb. Huşunu itirərək yerə yıxılan əl-Svaisat xəstəxanaya çatdırılıb. Həkimlərin bir neçə gün davam edən səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faciəvi hadisə ilə əlaqədar mərhumun əzizlərinə və komanda yoldaşlarına başsağlığı verilib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan yığması bir medalla kifayətlənib. Nicat Hüseynov 49 kq çəki dərəcəsində bürünc medala sahib olub/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər