“Beşiktaş” və “Fənərbaxça” uduzub, “Qalatasaray” qalib gəlib
Tarix: 12-05-2021 00:04 | Bölmə: İdman
“Beşiktaş” və “Fənərbaxça” uduzub, “Qalatasaray” qalib gəlib

Türkiyə Super Liqasında 41-ci turun oyunları keçirilib.

Reyting.az
xəbər verir ki, lider “Beşiktaş” doğma meydanında “Fatih Karagümrük”ə məğlub olub -1:2.

İkinci yerin sahibi “Fənərbaxça” da“Sivasspor”a uduzub  – 1:2.

“Dənizlispor”un qonağı olan “Qalatasaray” qalib gələrək, liderlə xal fərqini bərabərləşdirib - 1:4

Bu nəticələrdən sonra turnir cədvəlində “Fənərbaxça”nı geridə qoyan “Qalatasaray” 81 xalda qalan lider “Beşiktaş”la fərqi aradan qaldırıb. Onlardan 2 xal geri qalan “Fənərbaxça” 3-cü yerə yuvarlanıb.

Bundan başqa, “Dənizlispor”un ardından “Ərzurumspor” və “Ankaragücü”nün də elitanı tərk edəcəyi dəqiqləşib.

Qeyd edək ki, Super Liqada son turun oyunları mayın 15-də keçiriləcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər