“Yuventus” Xuan Kuadrado ilə müqaviləni yeniləyəcək
Tarix: 16-05-2021 16:00 | Bölmə: İdman
“Yuventus” Xuan Kuadrado ilə müqaviləni yeniləyəcək

“Yuventus” yarımmüdafiəçisi Xuan Kuadrado ilə əməkdaşlığın davamında maraqlıdır.

Məlumata görə, “qoca sinyora” son turda “İnter”lə görüşdə dubl edən 32 yaşlı oyunçuya yeni müqavilə təklif edib.

Kolumbiya millisinin üzvü artıq təklifi müsbət cavablandırıb. Futbolçu gələn ilin yayına qədər olan sözləşməsinin müddətini tezliklə daha bir il artıracaq.

Qeyd edək ki, Xuan Kuadrado cari mövsüm 38 oyunda 2 qol vurub, 19 məhsuldar ötürmə verib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}