18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Tokio-2020: "Bürünc" oyunda 7 qol vurulub
Tarix: 05-08-2021 14:53 | Bölmə: İdman
Tokio-2020: "Bürünc" oyunda 7 qol vurulub

Tokio-2020-nin futbol yarışları sona yaxınlaşır. Reyting.az xəbər verir ki, bu gün qadın futbolçuların mübarizəsində bürünc medalçının kimliyinə aydınlıq gəlib. Üçüncü yer uğrunda görüşdə Avstraliya və ABŞ milliləri üz-üzə gəliblər.

7 qolun vurulduğu qarşılaşmada ABŞ-ın 4:3 hesablı qələbəsi qeydə alınıb. Dubl müəllifi olan Meqan Rapin və Karli Lloyd qalibiyyətdə önəmli rol oynayıblar. Bu, ABŞ-ın qadın futbolçularının olimpiadalarda qazandığı ilk bürünc medaldır. Daha öncə amerikalı xanımlar dörd dəfə (1996, 2004, 2008, 2012) qızıl, bir dəfə (2000) isə gümüş medala sahib çıxmışdılar.

Tokio-2020
Futbol (qadınlar), üçüncülük matç
ı

Avstraliya - ABŞ - 3:4
Qollar: Kerr (17), Furd (54), Qelnik (90) - Rapino (8; 21), Lloyd (45+1; 51).(Matc.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər