“Qarabağ” - AEL oyununda xoşagəlməz hadisə baş verib
Tarix: 05-08-2021 23:26 | Bölmə: İdman
“Qarabağ” - AEL oyununda xoşagəlməz hadisə baş verib

“Qarabağ”ın AEL-lə səfər oyununda xoşagəlməz hadisə baş verib.

Reyting.az
-ın məlumatına görə, “AEK Arena”ya toplaşan azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlərə yol veriblər.

Oyunboyu “Qarabağ”ın texniki zonasının arxasındakı tribunadan təxribatçı şüarlar səsləndirən fanatlar 90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolundan sonra bunu daha da artırıblar. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını bildirib.

Hakimin müdaxiləsinə baxmayaraq, kiprli azarkeşlər tərbiyəsiz davranışlarını davam etdiriblər. Nəticədə referi matçın dayandırılmasını qərara alıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}