"Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib
Tarix: 01-09-2021 14:42 | Bölmə: İdman
"Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib

"Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib.

Reyting.az
  kluba istinadla xəbər verir ki, "qırmızı-qaralar" iordaniyalı yarımmüdafiəçi Omar Hani ilə anlaşıb. 22 yaşlı cinah oyunçusu ilə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına vətənində başlayan vingerin ilk klubu "Əl-Faysali" olub. O, 2019-cu ildə Kipr təmsilçisi APOEL-ə keçib. 2019 - 2021-ci illərdə bu komandanın şərəfini qoruyan Hani 2020 - 2021-ci illərdə icarə əsasında Nikosiya “Olimpiakos”sunda çıxış edib.

İordaniyanın U-19 və U-23 milli komandalarının formasını geyinmiş yarımmüdafiəçi əsas yığmada 1 oyun keçirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}