Tokio-2020: Azərbaycan daha bir medal qazanıb
Tarix: 01-09-2021 14:57 | Bölmə: İdman
Tokio-2020: Azərbaycan daha bir medal qazanıb

Azərbaycan üzgüçüsü Vəli İsrafilov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Məlumata görə, o, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

İsrafilov həmçinin paralimpiada rekordunu da qırıb.

Qeyd edək ki, hazırda aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu yerdə qərarlaşıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}