"Neftçi"nin sabiq prezidentinin səhhəti ağırlaşıb
Tarix: 02-09-2021 10:55 | Bölmə: İdman
"Neftçi"nin sabiq prezidentinin səhhəti ağırlaşıb

"Neftçi"nin koronavirusa yoluxmuş sabiq prezidenti Aydın İbrahimovun durumu ağırdır.

Reyting.az
xəbər verir ki, bu barədə Qol.az-a İbrahimovun nəvəsi Nərminə Məmmədova deyib. O, babasının "Yeni klinika"ya yerləşdirildiyini və vəziyyətinin pis olduğunu bildirib:

"Babam xəstəxanaya yerləşdirildi. Hazırda "Yeni klinika"da müalicə alır. Amma vəziyyəti çox pisdir. Həkimlər onun üçün əllərindən gələni edirlər".

Xatırladaq ki, bir neçə gün əvvəl Aydın İbrahimovu durumunun ağırlığına görə heç bir xəstəxana tərəfindən qəbul edilmədiyi bildirilmişdi.

Əlavə edək ki, A. İbrahimov 1988-97-ci illərdə "Neftçi"nin prezidenti olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}