İki idmançımız finala vəsiqə qazanıb - Tokio-2020
Tarix: 03-09-2021 07:52 | Bölmə: İdman
İki idmançımız finala vəsiqə qazanıb

Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə idmançısı Raman Saleh (S12) 100 metr butterfly kateqoriyası təsnifat mərhələsində 58.99 saniyəlik nəticə göstərərək, final mərhələsinə vəsiqə qazanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Taekvondo idman növü üzrə idmançımız Əbülfəz Abuzərli (K44) Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində ilk görüşündə qalib gələrək, 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Lakin üzgüçülük idman növü üzrə idmançı Vəli İsrafilov (S12) 100 metr butterfly kateqoriyası təsnifat mərhələsində 1:10:59 nəticə göstərərək mübarizəni dayandırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}