Lionel Messi ciddi zədə təhlükəsi ilə üzləşib
Tarix: 03-09-2021 11:33 | Bölmə: İdman
Lionel Messi ciddi zədə təhlükəsi ilə üzləşib

Argentina millisinin ulduz futbolçusu Lionel Messi ciddi zədə təhlükəsi ilə üzləşib.

Məlumatına görə, 34 yaşlı hücumçu 2022-ci il dünya çempionatının Venesuelaya qarşı seçmə oyununda ayağından zərbə alıb.

Rəqib oyunçu Luis Martines Messiyə qarşı kobudluq edib və 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bu, Fransa PSJ-sində çıxış edən forvardın ayağının sınması ilə nəticələnə bilərdi.

Qeyd edək ki, qarşılaşma Argentina millisinin 3:1 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Lionel Messi sonadək meydanda olub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}