12:36 / 14-06-2025
Sabah yağış yağacaq
DÇ-2022: Azərbaycan millisinin oyununa 2 minə yaxın bilet satılıb
Tarix: 03-09-2021 14:48 | Bölmə: İdman
DÇ-2022: Azərbaycan millisinin oyununa 2 minə yaxın bilet satılıb

Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan oyununa indiyədək satılan biletlərin sayı açıqlanıb.

Reyting.az
xəbər verir ki, paytaxt Dublində "Aviva" stadionundakı matç üçün 25 000 bilet satışa çıxarılsa da, onlardan yalnız 1 500-ü alınıb.

Arena 51 700 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib