12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azərbaycan idmançısı: "Artıq üçüncü qızıl medalımı əldə etdim"
Tarix: 03-09-2021 16:12 | Bölmə: İdman
Azərbaycan idmançısı: "Artıq üçüncü qızıl medalımı əldə etdim"

"Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Artıq üçüncü qızıl medalımı əldə etdim".

Bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında üçüncü qızıl medalı qazanan Azərbaycan para-üzgüçüsü Roman Saley deyib.

100 metr məsafəyə batterflay üsulu ilə üzmədə bütün rəqiblərini qabaqlayan idmançı Tokio paralimpiadasındakı nəticələrimdən məmnun olduğunu bildirib: "Hər şeyə görə çox sağ olun".

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib