Tokio-2020: Azərbaycan Paralimpiadanı 19 medalla başa vurub
Tarix: 04-09-2021 10:22 | Bölmə: İdman
Tokio-2020: Azərbaycan Paralimpiadanı 19 medalla başa vurub

Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışını başa vurub.

Reyting.az
-ın məlumatına görə, yığmamız sabah başa çatacaq Paralimpiadada daha iki qızıl medal qazanıb.

Təmsilçilərimizdən paraatlet Lamiyə Vəliyeva ikinci dəfə fəxri kürsüyə yüksəlib. 100 m məsafəyə qaçışda gümüş medal alan həmyerlimiz 400 m məsafəyə qaçışda qızıl mükafata sahib olub. O, 55 saniyə göstərici ilə finiş xəttinə birinci çatıb.

Digər paraatlet Orxan Aslanov isə uzunluğa tullanmada qızıl medala yiyələnib. Təmsilçimiz 7,36 m nəticə göstərib.

Beləliklə, millimiz Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla bitirib. Komandamız hazırda medal sıralamasında 9-cu yerdə qərarlaşıb.(ApaSport)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}