18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Şəhriyar Məmmədyarov Kasparova qalib gəlib
Tarix: 09-09-2021 10:36 | Bölmə: İdman
Şəhriyar Məmmədyarov Kasparova qalib gəlib

Şahmat üzrə “Champions Showdown: Chess 9LX” turnirinə start verilib.

Məlumata görə, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir.

Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrava (Fransa) uduzub. “Şah” III turda keçmiş dünya çempionu Qari Kasparov (Rusiya) üzərində qələbə qazanıb.

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi

Bu nəticədən sonra Məmmədyarov 2 xalla üçüncü sırada qərarlaşıb. İlk sırada 2,5 xalı olan Fabiano Karuanadır (ABŞ).

Qeyd edək ki, bu gün Şəhriyar Məmmədyarov Vesli So (ABŞ), Leynyer Dominqes Peres (ABŞ) və Sem Şənkləndlə (ABŞ) matç keçirəcək/Oxu.az.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər