“Sabah”-“Neftçi”, “Sumqayıt”-“Qəbələ” qarşılaşması olacaq
Tarix: 26-09-2021 10:09 | Bölmə: İdman
“Sabah”-“Neftçi”, “Sumqayıt”-“Qəbələ” qarşılaşması olacaq

Bu gün gutbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulacaq. Reyting.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma olacaq.

Son çempion “Neftçi” səfərdə “Sabah”la üz-üzə gələcək.

Turun yekun oyununda isə “Sumqayıt” və “Qəbələ” komandaları qarşılaşacaq.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Keşlə” ilə səfər oyunundan heç-heçə (1:1) ilə ayrılıb, “Zirə” isə “Səbail”ə 2:1 hesabıyla qalib gəlib.

Azərbaycan Premyer Liqası
5-ci tur
26 sentyabr


17:00. “Sabah” - “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”.

19:15. “Sumqayıt” - “Qəbələ”
Hakimlər: Elçin Məsiyev. Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov.
Sumqayıt. “Kapital Bank Arena”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}