18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"Neftçi" lider, "Keşlə" qalib olub
Tarix: 02-10-2021 23:44 | Bölmə: İdman
"Neftçi" lider, "Keşlə" qalib olub

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçirilib.

Reyting.az
xəbər verir ki, 2-ci oyun günündə 2 qarşılaşma olub. "Keşlə" "Sabah"ı qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb.

Daha sonra "Neftçi" "Səbail"in qonağı olub və rəqibini 3:1 hesabı ilə məğlub edib. Bu qələbə ilə xalını 13-ə yüksəldən "Neftçi" liderliyə yüksəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.

2 oktyabr (şənbə)

19:15.“Səbail” – “Neftçi” - 1:3
Qollar: Yusuf Laval, 26 (0:1), Tiaqo Bezerra, 45+1 (0:2),78 (0:3), Nikolas Raysel, 90+5 (1:3)
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASCO Arena”

17:00.“Keşlə” – “Sabah” - 2:0
Qol: Merab Qiqauri, 3, Felipe Santos, 90+5
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
“ASK Arena”

3 oktyabr (bazar)

19:00.“Qarabağ” – “Qəbələ”
“Azersun Arena”

1 oktyabr (cümə)

19:30.“Zirə” – “Sumqayıt” - 1:0.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər