“Qəbələ”-“Neftçi” qarşılaşmasına hazırlıq başlayıb
Tarix: 07-10-2021 09:57 | Bölmə: İdman
“Qəbələ”-“Neftçi” qarşılaşmasına hazırlıq başlayıb

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Qəbələ” “Neftçi” ilə qarşılaşmaya hazırlaşır.

Reyting.az
kluba istinadla xəbər verir ki, Azərbaycan Premyer Liqasının 6-cı turunun “Qarabağ”la səfər matçından (0:2) sonra üç günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün bir araya gələcək.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda fasilə dövründə yoxlama oyunu keçirəcək. “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq. Görüş oktyabrın 9-da keçiriləcək. Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}