18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"Sabah" klubu cərimələnib, baş məşqçiyə xəbərdarlıq edilib
Tarix: 07-10-2021 16:13 | Bölmə: İdman
"Sabah" klubu cərimələnib, baş məşqçiyə xəbərdarlıq edilib

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda qəbul olunan qərara əsasən, "Sabah" klubu 16000 manat cərimələnib. Buna səfərdə "Keşlə"yə qarşı Premyer Liqanın VI tur matçında (0:2) paytaxt təmsilçisinin bəzi rəsmi şəxslərinin “A” buraxılış vərəqəsindən istifadə etməməsi və 4 futbolçusunun sarı vərəqə alması səbəb olub.

Bundan başqa, qonaqların baş məşqçisi Ramin Quliyev mətbuat konfransında hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilib.

“Zirə” – “Sumqayıt” oyununda (1:0) isə meydança vaxtında sulanmadığı üçün "qartallar" 800 manat ziyana düşüb.

I Divizionun III turunun “Keşlə-2” – “Qəbələ-2” oyununda “Keşlə-2” klubunun qapıçısının formasında qüsur olduğundan oyunun ikinci hissəsi gec başlandığı üçün klub 80 manat cərimə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər