18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Millimiz çempionatın seçmə mərhələsində iştirak etməyəcək
Tarix: 09-10-2021 10:06 | Bölmə: İdman
Millimiz çempionatın seçmə mərhələsində iştirak etməyəcək

Azərbaycan U-17 millisi Avro-2023-ün seçmə mərhələsində çıxış etməyəcək.

Reyting.az
xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Belə qərarın qəbul olunmasına səbəb yığmanın heyətində 3 futbolçunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) koronavirusa yoluxmasıdır.

Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədir.

AFFA ilə UEFA arasında aparılan danışıqlar, AFFA-nın Texniki departamentinin verdiyi rəy, komandamızın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, AFFA ilə UEFA-nın qarşılıqlı razılaşması əsasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində çıxış etməməsi qərara alınıb.

Yaxın günlər ərzində UEFA tərəfindən millimizə müvafiq oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər