Millimizin İrlandiya komandası ilə qarşılaşacaq heyəti açıqlanıb - Siyahı
Tarix: 09-10-2021 19:07 | Bölmə: İdman
Millimizin İrlandiya komandası ilə qarşılaşacaq heyəti açıqlanıb

Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək. Matc.az xəbər verir ki, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşəcək.

Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ilk uğurunu qazanmaq üçün meydana çıxacaq. Bakı Olimpiya Stadionundakı görüşə qədər 5 oyunda 1 xal toplayan milli son sıranı tərk etmək üçün də mütləq qalib gəlməlidir.

Yığmamızın yer aldığı A qrupunda bu gün Lüksemburq – Serbiya matçı da baş tutacaq.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
9 oktyabr


20:00. Azərbaycan – İrlandiya
Baş hakim: Espen Eskas (Norveç).
Bakı Olimpiya Stadionu.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mərt Çəlik, 21. Araz Abdullayev, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.

İrlandiya: 1. Qevin Bazunu, 2. Mett Doherti, 4. Şeyn Daffi, 5. Con İqan (k), 6. Coş Kallen, 7. Kallum Robinson, 9. Adam Ayda, 11. Ceyms Maklinn, 13. Ceff Hendrik, 15. Deril Horqan, 22. Endryu Omobamidele.
Ehtiyat oyunçular: 16. Kivan Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 8. Konor Huriheyn, 10. Troy Perrott, 12. Neytan Kollinz, 14. Sayrus Kristi, 17. Harri Arter, 18. Ceymi Makqrat, 19. Ceyms Kollinz, 20. Çidozi Oqbene, 21. Aron Konnolli.
Baş məşqçi: Stiven Kenni.

Xal durumu: Portuqaliya – 13, Serbiya – 11, Lüksemburq – 6, İrlandiya – 2, Azərbaycan – 1.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}