UEFA Millətlər Liqasının 3-cüsü müəyyənləşib
Tarix: 10-10-2021 19:31 | Bölmə: İdman
UEFA Millətlər Liqasının 3-cüsü müəyyənləşib

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Reyting.az
xəbər verir ki, həlledici oyunda İspaniya və Fransa milliləri qarşılaşacaq. Milandakı "San-Siro" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Həmçinin bu gün İtaliya və Belçika yığmaları üçüncü yer uğrunda üz-üzə gəlib. İtaliya rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Komanda Millətlər Liqasının 3-cüsü olub.

10 oktyabr

UEFA Millətlər Liqası, final mərhələsi

Üçüncü yer uğrunda görüş


17:00. İtaliya - Belçika - 2:1

Qollar: Barella, 46 (1:0), Berrardi, 65 pen. (2:0), De Ketelare, 86 (2:1)

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Turin. "Yuventus" stadionu

Final

22:45. İspaniya - Fransa

Baş hakim: Entoni Teylor (İngiltərə)

Milan. "San-Siro" stadionu

Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}