Fransa UEFA Millətlər Liqasının qalibidir
Tarix: 11-10-2021 09:11 | Bölmə: İdman
Fransa UEFA Millətlər Liqasının qalibidir

UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.

Reyting.az
xəbər verir ki, həlledici oyunda İspaniya və Fransa milliləri qarşılaşıb. Milandakı "San-Siro" stadionunda keçirilən görüşdə Fransa rəqibinə qalib gəlib - 2:1. Bununla da komanda Millətlər Liqasının qalibi olub.

Xatırladaq ki, İtaliya rəqibi Belçika yığması üzərində 2:1 hesablı qələbə ilə Millətlər Liqasının 3-cüsü olub.

10 oktyabr

UEFA Millətlər Liqası, final mərhələsi

Final

22:45. İspaniya - Fransa - 1:2

Qollar: Oyarzabal, 64 - Benzema, 66. Mbappe, 80.

Baş hakim: Entoni Teylor (İngiltərə)

Milan. "San-Siro" stadionu

Üçüncü yer uğrunda görüş

17:00. İtaliya - Belçika - 2:1

Qollar: Barella, 46 (1:0), Berrardi, 65 pen. (2:0), De Ketelare, 86 (2:1)

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Turin. "Yuventus" stadionu

Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}