16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
DÇ-2022: millimiz 55 futbol komandası arasında 50-cu yeri tutur
Tarix: 11-10-2021 16:49 | Bölmə: İdman
DÇ-2022: millimiz 55 futbol komandası arasında 50-cu yeri tutur

Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində ən bərbad nəticə göstərən 6 komandadan biridir.

Reyting.az
xəbər verir ki, 6 turdan sonra millimizin ehtiyatında cəmi 1 xal var.

Seçmə mərhələnin Avropa zonasının 10 qrupunda ümumilikdə 55 komanda yarışır. 55 komandadan 49-u Azərbaycandan daha artıq xal toplayıb. Onların arasında Farer adaları (4 xal), Malta (4), Andorra (3) kimi cırtdan ölkələr də var.

Canni de Byazinin komandası ilə yanaşı 6 və 7 turdan sonra cəmi 1 xal toplayan daha 3 komanda var. Bunlar Gürcüstan, Moldova və Lixtenşteyndir. 2 komanda – Cəbəllütariq və San-Marinonun isə ümumiyyətlə, xalı yoxdur.

Millimiz 6 oyuna 1 xal toplamaqla yanaşı, 3 qol vurub və 12 qol buraxıb. Beləliklə, ümumi göstəriciyə əsasən, komandamız hazırda 55 milli arasında 50-cu yeri tutur.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}