18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Millimizin üzvü koronavirusa yoluxub - Yenilənib
Tarix: 12-10-2021 09:26 | Bölmə: İdman
Millimizin üzvü koronavirusa yoluxub

Azərbaycan millisinin "Legiya"da çıxış edən üzvü Mahir Emreli koronavirusa yoluxub.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilir ki, 24 yaşlı hücumçu koronavirusa yoluxduğu üçün DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə bugünkü görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

***

Koronavirusa yoluxmuş Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin son durumu açıqlanıb.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında 24 yaşlı hücumçunun vəziyyətinin yaxşı olduğunu bildirib.

"Mahirin hansısa simptomu yoxdur. Yığma komanda artıq dünən test verib, əlavə testə ehtiyac yoxdur",- deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda Serbiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər