14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycan cüdoçusu yarımfinala yüksəlib
Tarix: 16-10-2021 16:18 | Bölmə: İdman
Azərbaycan cüdoçusu yarımfinala yüksəlib

Azərbaycanın 6 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

Məlumata görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev Jolan Florimont (Fransa) və Genki Koguya (Yaponiya) qalib gələrək yarımfinala yüksəlib.

O, finala gedən yolda Sumiyabazar Enkhtaivanla (Monqolustan) üz-üzə gələcək.

66 kq-dakı İsmayıl İbrahimov 1/16 final mərhələsində Robin Korradoya (Fransa) uduzub. Eyni çəkidəki İbrahim Əliyev Xuan Ernandesi (Kolumbiya) mübarizədən kənarlaşdırsa da, Valid Khyara (Fransa) yenilib.

Hidayət Heydərov (73 kq) Enzo Gibelli (Fransa) və Aleksandr Gablerdən (Almaniya) güclü olub. O, 1/4 finalda Somon Mahmadbekovun müqavimətini qıra bilməyib. Heydərov təsəlliverici görüşdə Denis Yatsevlə (Rusiya) güləşəcək. Eyni çəkidəki Telman Vəliyev David Limaya (Braziliya) qalib gəlib, lakin 1/8 finalda Aleksandru Raicuya (Rumıniya) məğlub olub.

Qadın cüdoçu İçinxorlu Muntsxedev 1/16 final mərhələsində Seija Ballhausu (Almaniya) yensə də, Priscilla Gnetoya (Fransa) uduzaraq medalsız qalıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}