Böyük Dəbilqə: Balabəy Ağayev qızıl, Hidayət Heydərov bürünc medal qazanıb
Tarix: 16-10-2021 22:16 | Bölmə: İdman
Böyük Dəbilqə: Balabəy Ağayev qızıl, Hidayət Heydərov bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə bürünc medal qazanıb. 

Məlumata görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Giyom Şenlə (Fransa) üz-üzə gəlib. 

Rəqibinə ipponla qalib gələn Heydərov bürünc medala sahib çıxıb.

Bundan əlavə, Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə final görüşünə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ramazan Abdulayevlə (Rusiya) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Ağayev qızıl medal qazanıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}