10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Gövhər Beydullayeva Azərbaycan çempionu olub
Tarix: 23-05-2022 19:45 | Bölmə: İdman
Gövhər Beydullayeva Azərbaycan çempionu olub

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.

Federasiyanın Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə 5 xal toplayıb və karyerasında ilk dəfə Azərbaycan çempionu adını qazanıb.

Turnirin sürpriz iştirakçısı Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələyib. Nəticədə Hacıyeva 4,5 xalla ilk dəfə ölkə çempionatında gümüş medala sahib çıxıb.

Ülviyyə Fətəliyeva qara fiqurlarla Xanım Balacayevanı məğlub edib yekun sıralamada 4 xalla 3-cü pilləni tutub.

Son turda Ayan Allahverdiyevanı üstələyən ötən ilin çempionu Gülnar Məmmədova isə bu dəfə 4-cü yerlə kifayətlənib.

Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət çempionatın mükafat fondu 11 400 manat təşkil edib. Qalib 4 000 manat pul mükafatı əldə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}