18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
"Turan Tovuz" "Sumqayıt"a qalib gəlib
Tarix: 28-10-2022 17:03 | Bölmə: İdman
"Turan Tovuz" "Sumqayıt"a qalib gəlib

Azərbaycan Premyer Liqasında XII turun açılış oyununda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.

Reyting.az
xəbər verir ki, Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 15-ə çatdıran "Turan Tovuz" 6-cı pillədəki yerini qoruyub. 4 xalı olan "Sumqayıt" isə sonuncudur.

Qeyd edək ki, XII turun "Kəpəz" - "Səbail", "Zirə" - "Neftçi" görüşləri oktyabrın 29-da, "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları oktyabrın 30-da olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}