18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Serbiyanın yığma komandası Bakıya gəlməyəcək
Tarix: 02-11-2022 23:08 | Bölmə: İdman
Serbiyanın yığma komandası Bakıya gəlməyəcək

Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə dünya kubokunun proqramında dəyişiklik edilib. Azərbaycan Güləş Federasiyasının məlumatına görə, Serbiya yığması yarışda iştirak edə bilməyəcək. Səbəb komandanın əksər üzvlərində COVID-19 virusunun aşkarlanmasıdır.

Beləliklə, dünya kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisi ilə eyni qrupda yer alan Azərbaycan və dünya yığmasına texniki qələbə veriləcək.

Dünya kuboku 4-6 noyabrda təşkil olunacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}