Bu gün “Qarabağ” “Frayburq”la qarşılaşacaq
Tarix: 03-11-2022 09:14 | Bölmə: İdman
Bu gün “Qarabağ” “Frayburq”la qarşılaşacaq

Bu gün “Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək. Reyting.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın “Frayburq” komandası ilə üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan çempionu Almaniyada keçirilən ilk oyunda “Frayburq”a 1:2 hesabı ilə məğlub olmuşdu. İndi Qurban Qurbanovun komandası həmin məğlubiyyətin təsadüf olduğunu sübut etməyə çalışmaqla yanaşı, Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

Qrupun digər oyununda turnir cədvəlində “Qarabağ”dan bir xal geri qalan “Nant” Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Avroliqanın pley-offuna çıxmaq üçün Azərbaycan çempionu Yunanıstandakı matçın nəticəsini gözləməməli, “Frayburq”la qarşılaşmada qələbə qazanmaq üçün əlindən gələni etməlidir.

Avropa Liqası
G qrupu
3 noyabr


21:45. Qarabağ - Frayburq

Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Aleh Maslianka, Dmitri Dmitriyev (hamısı Belarus).
Bakı.T.Bəhramov adına Respublika stadionu.

Xal: Frayburq – 13. Qarabağ – 7. Nant – 6. Olimpiakos – 2.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}