Dünya çempionatı: Mərakeş millisinin heyəti açıqlanıb
Tarix: 10-11-2022 17:39 | Bölmə: İdman
Dünya çempionatı: Mərakeş millisinin heyəti açıqlanıb

Futbol üzrə Mərakeş millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Reyting.az
xəbər verir ki, siyahıya 26 oyunçunun adı daxil edilib.

Qapıçılar: Əhməd Tanyauti ("Vidad"), Yassin Bono ("Sevilya", İspaniya), Munir Əl-Kajui ("Əl-Vəhdə"), Birləşmiş Ərəb Əmirlikləri).

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ, fransa), Nussayr Məzraui ("Bavariya", Almaniya), Naif Ager ("Vest Hem", İngiltərə), Romen Saiss ("Beşiktaş", Türkiyə), Əşrəf Dari ("Brest", Fransa), Cavad Əl-Yamik ("Valyadolid", İspaniya), Yəhya Attiyat-Allah ("Vidad") ), Bədr Banun ("Qətər", Qətər).

Yarımmüdafiəçilər: Sofyan Amrabat ("Fiorentina", İtaliya), Abdülhamid Sabiri ("Sampdoriya", İtaliya), Səlim Amalla ("Standard", Belçika), Azzedin Unay, Sofyan Bufal (hər ikisi "Anje", Fransa), Bilal Əl-Hannus ("Genk", Belçika), Yəhya Jabrane ("Vidad"), Hakim Ziyeş ("Çelsi", İngiltərə), Amin Arit ("Marsel", Fransa).

Hücumçular: Abde Ezzalzouli ("Osasuna", İspaniya), Zakaria Abukhlal ("Tuluza", Fransa), İlyas Şair (QPR, Uels), Yussef En-Nesiri ("Sevilya", ispaniya), Valid Çeddira ("Bari", İtaliya), Abderrazak Həmdullah ("Əl-İttihad", Səudiyyə Ərəbistanı).

Qeyd edək ki, DÇ-2022 noyabrın 18-dən dekabrın 20-dək təşkil olunacaq. Mərakeş Xorvatiya, Belçika və Kanada ilə birlikdə F qrupunda mübarizə aparacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}