18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Ermənistan boksçuları Azərbaycan idmançıları ilə rinqə çıxmaqdan yenə imtina edib
Tarix: 11-11-2022 16:54 | Bölmə: İdman
Ermənistan boksçuları Azərbaycan idmançıları ilə rinqə çıxmaqdan yenə imtina edib

Polşanın Keltse şəhərində keçirilən beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan və Ermənistan boksçularının döyüşü baş tutmayacaq.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, buna ermənilərinin yarışı yarımçıq tərk etməsi səbəb olub.

51 kq-da 1/4 final çərçivəsində Armen Quşçiyan (Ermənistan) Məsud Yusifzadə (51 kq) ilə döyüşdən imtina etmişdisə, bu dəfə Ermənistan yığması turnirdən ayrılıb.

Bu da o deməkdir ki, Malik Həsənov (63,5 kq) yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) döyüşmədən həlledici görüşə vəsiqə qazanıb. Onun finalda rəqibi Frank Roman Samuel (Rumıniya) – Frank Kleri (İrlandiya) cütünün qalibi olacaq.

Qarşılaşma noyabrın 13-də keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}