"AzerTelecom" şirkətinin Direktorlar Şurasının sədri dəyişib
Tarix: 07-12-2023 16:33 | Bölmə: İqtisadiyyat
"AzerTelecom" şirkətinin Direktorlar Şurasının sədri dəyişib

"AzerTelecom" şirkətinin Direktorlar Şurasının sədri Fuad Allahverdiyev noyabrda vəzifəsindən ayrılıb, şirkətin daxil olduğu "NEQSOL Holding"i tərk edib.

Onun yerinə Emil Məsimov təyin edilib.

Yeni sədr 18 ildən artıqdır ki, telekommunikasiya sektorunda fəaliyyət göstərir. O, hazırda "Azerconnect" şirkətinin Baş direktoru olmaqla bərabər informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir neçə böyük şirkətin Müşahidə Şurasında təmsil olunur. E.Məsimov biznesin idarə edilməsi üzrə İngiltərənin Mançester Universiteti və Harvard Biznes Məktəbinin məzunudur.

"AzerTelecom" Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir.

"NEQSOL Holding" on bir ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12.000-dən çox işçi heyətinə malikdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər