Putin “Qazprombank”-a ödəniş öhdəliyini ləğv edib
Tarix: 06-12-2024 12:07 | Bölmə: İqtisadiyyat
Putin “Qazprombank”-a ödəniş öhdəliyini ləğv edib

Prezident Vladimir Putin Rusiyadan qaz alan şirkətlərin ABŞ-nın sanksiyalar siyahısına daxil etdiyi “Qazprombank”a ödənişlər etmək öhdəliyini ləğv edib.

Reyting.az
xəbər verir ki, yeni reqlamentə əsasən, şirkətlər artıq Rusiya qazı üçün “Qazprombank”a ödəniş etmək məcburiyyətində deyil, ödənişlər üçüncü tərəf banklar vasitəsilə də həyata keçirilə bilər.

Qeyd edək ki, Rusiyanın “Qazprom” enerji şirkətinin tərəfdaşlarından olan “Qazprombank” Rusiyanın Avropaya ixrac etdiyi təbii qazın ödənişləri üçün istifadə olunub. Lakin ABŞ bu banka sanksiya tətbiq etməklə dünyada onun fəaliyyətini faktiki iflic edib, Rusiyanın beynəlxalq maliyyə sistemindən istifadəsinin qarşısını alıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
6-12-2024, 08:23 ABŞ pulsuz qala bilər

bütün xəbərlər