Məşhur moda şirkətini 1,375 milyard dollara satıblar
Tarix: 11-04-2025 16:24 | Bölmə: İqtisadiyyat
Məşhur moda şirkətini 1,375 milyard dollara satıblar

"Prada" şirkəti dünya şöhrətli "Versace" şirkətini almaq barədə razılığa gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə "Reuters" yazıb.

İtaliyanın məşhur brendi sayılan "Prada" moda evi apardığı danışıqlardan sonra ABŞ-nın "Capri Holdings"-nin ən böyük rəqib brendi "Versace"-ni borcları da daxil olmaqla, 1,375 milyard dollara almağa razılaşıb.

Bildirilir ki, yeni müqavilə həm də İtaliya moda məkanında iki ən böyük adı bir araya gətirəcək və İtaliyanın lüks sənayedəki mövqeyini gücləndirəcək.

"Prada" şirkətinin İdarə Heyətinin sədri Patrizio Bertelli deyib:

"Biz "Versace" irsini, onun cəsarətli, eyni zamanda bütün dövrlərə uyğun, həmişə də dəbdə olan özünəməxsus estetikasını xüsusilə qeyd etməliyik. Biz onu yenidən inkişaf etdirməyə, dəb ənənələrini davam etdirməyə çalışacağıq".

"Prada"-nın "Versace" moda evini alması təxminən altı milyard avroluq dövriyyəyə malik konqlomerat yaradacaq. Bunun da nəticəsində "Prada", bazarın ən böyük və dünyaca məşhur brendlərinə sahiblənmiş Fransanın "LVMH", həmçinin "Kering" şirkətləri ilə güclü rəqabət apara biləcək.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
8-04-2025, 11:53 Çin ABŞ-a meydan oxuyur