20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanda kredit ittifaqları əmanət cəlb edə bilməyəcək - Qanun dəyişir
Tarix: 24-05-2019 16:54 | Bölmə: İqtisadiyyat
Azərbaycanda kredit ittifaqları əmanət cəlb edə bilməyəcək

Azərbaycanda kredit ittifaqlarının hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağan edilir.

Bununla əlaqədar “Kredit ittifaqları haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi təklif olunur.

Yeni layihəyə əsasən, kredit ittifaqlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun qarşısının alınması ilə bağlı fəaliyyəti “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq tənzimlənir.

Qeyd edək ki, kredit ittifaqlarının əsas məqsədi kooperativ üzvlərinin sərbəst pul vəsaitlərinin birləşdirilməsi və öz üzvlərinə kredit verilməsidir/Trend.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər